Heydər Əliyev Fondunun əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürdü

Cəmiyyət
12:17 / 03.10.2020
1912
Heydər Əliyev Fondunun əməkdaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə köçürüb.
Sfera.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun əməkdaşları Milli Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrundakı son uğurlu əməliyyatları ilə həmrəylik nümayiş etdirərək bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.
Xatırladaq ki, 2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.