“Əsgərlərin tətiyi basmaq üçün barmaqları qaşınır” - VİDEO

“Əsgərlərin tətiyi basmaq üçün barmaqları qaşınır” - VİDEO
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən cəbhəboyu zonada genişmiqyaslı təxribat törətməsi və ordumuzun mövqelərini, yaşayış məntəqələrimizi atəşə tutması ilə bağlı videoməlumat yayıb.

"Qafqazinfo” xəbər verir ki, bildirilir ki, nəticədə bir neçə mülki şəxs həlak olub və yaralanıb. Təxribatın qarşısını almaq məqsədilə qoşunlarımız cəbhə boyu əks hücuma başlayıb və bir neçə kəndi işğaldan azad edib.

Prezident İlham Əliyevin qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncamından sonra 10 minlərlə insan ordu sıralarına könüllü olaraq yazılıb və onlar məşğələ təlimlərə cəlb edilib. 
Onlar böyük həvəslə təlimlərə qoşulduqlarını deyiblər: "Bizim ordumuzda ruh yüksəkliyi çox yüksəkdir. Artıq 92-ci il deyil, çox böyük dəyişiklər baş verib. Bizim ordumuz çox güclüdür. Mənim bölüyüm də mənimlə bərabər bütün tapşırıqları yerinə yeritməyə hazırdır”.

Hazırda təlimlərə cəlb olunan, səfərbərliyə çağırılan və könüllü olaraq müraciət edənlər tezliklə döyüşlərə qoşulmaq üçün səbirsizlənirlər: "Əsgərlərin tətiyi basmaq üçün barmaqları qaşınır. Komandirmlərimizin əmrlərini gözləyirik ki, qabağa gedək. Qələbə bayrağını Şuşada, Qarabağın mərkəzində dalğalandıracağıq!”

Kadrlardan da görünür ki, hər kəsin vətənpərvərlik hissi yüksək səviyyədədir.



OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...