Gürcüstanda daha 471 nəfərdə koronavirus aşkarlandı, 2 nəfər öldü

Dünya
11:28 / 03.10.2020
1484
Gürcüstanda son sutkada daha 471 nəfərə koronavirus diaqnozu
qoyulub, 278 pasiyent sağalıb, 2 nəfər vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 7 564 nəfərə, sağalanların 3 992-yə, dünyasını dəyişənlərin sayı isə 48-ə çatıb.