Ahmet Hakan Makronun yalanını “300 spartalı”ya bənzətdi

Ahmet Hakan Makronun yalanını “300 spartalı”ya bənzətdi
"Ordusunu modernləşdirmiş, ən güclü silahlara malik, 10 milyon əhalisi olan Azərbaycanın 300 cihadçıya nə ehtiyacı var?!”

 

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin "Hürriyet” qəzetinin köşə yazarı Ahmet Hakan "300 cihadçı yalanı 300 spartalıdan qaynaqlanıb?" başlıqlı yazısında bildirib.


 

Müəllif qərb mətbuatı və Fransa prezidenti Emmanuel Makronun bundan bəhs etdiyinə ironik yanaşaraq bildirib:

 

"300 cihadçı” məsələsi "300 spartalı” filmindən ilham alaraq uydurulub. 301 deyil, 299 deyil, tam 300 deyirlər. Bunu deyən və yazanlarda ağıl, məntiq yoxdur? Bir qram ağıl və məntiqləri olsaydı, belə düşünərdilər: "Ordusunu modernləşdirmiş, ən güclü silahlara malik, 10 milyon əhalisi olan Azərbaycanın 300 cihadçıya nə ehtiyacı var? Bunun da üstündən keçirəm. Cəbhədə irəliləyən, döyüş sahəsində üstün vəziyyətdə olan, küləyi arxasına alan Azərbaycan 300 cihadçı səbəbindən beynəlxalq aləmdə özü üçün niyə çətinlik yaratmalıdir? Vallah, onlarda qram ağıl, billah, zərrə qədər məntiq yoxdur. Bəziləri isə belə deyir: "Ağılları da, məntiqləri də var. Onlar da söylədiklərinin yalan olduğunu bilirlər. Bilərəkdən yalan söyləyirlər. Onların hədəfi Azərbaycan əleyhinə təbliğat aparmaqdır”. /Report

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...