İctimai nəqliyyat iki gün işləməyəcək

Cəmiyyət
01:00 / 03.10.2020
3160
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
Sfera.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.
Qərara əsasən, 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti, eləcə də Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.