ATƏT-in Minsk qrupu həmsədrləri yenidən bəyanat yayıb

Siyasət
22:15 / 02.10.2020
2690
ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb.
Sfera.az xəbər verir ki, ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər tərəfləri mülki əhalini qorumaq üçün beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırırlar: "Mülki insanları hədəfə almaq heç bir halda məqbul sayılmır”.