Daxili İşlər Nazirliyi yeni xidmət istifadəyə verdi

Daxili İşlər Nazirliyi yeni xidmət istifadəyə verdi

Daxili İşlər Nazirliyinin vətəndaşlar üçün Elektron xidmət kabineti yaradıb.

Sfera.az bildirir ki, DİN-dən oxu.az-a verilən məlumata görə, buna səbəb martın 1-dən etibarən yeni İnzibati Xətalar Məcəlləsinin qüvvəyə minməsi olub. 

Belə ki, Daxili İşlər Nazirliyinin müvafiq sistemlərində yeni məcəllənin maddələrinə uyğun olaraq müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.

Bu istiqamətdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş (qərarsız) protokollar barədə məlumatların əldə edilməsi və onların ödənişinin həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin mövcud "Elektron Ödənişlər Sistemi"ndə əlavə funksionallıqlar işlənib hazırlanıb. 

Həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində nəqliyyat vasitələri və sürücülük vəsiqələri barədə məlumatların Fərdi İdentifikasiya Nömrələri ilə təmin edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə yeni Elektron xidmət kabineti yaradılıb.

Bununla da elektron protokollarda Fərdi İdentifikasiya Nömrələrilə təmin edilmə texniki baxımdan mümkün olan ən yüksək həddə çatdırılıb.

Vətəndaşlar bu xidmətlərdən istifadə etmək üçün //e-xidmet.mia.gov.az  və //e-payment.mia.gov.az  linklərinə daxil ola bilərlər.


OXŞAR XƏBƏRLƏR

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...

Gəzinti zamanı 1500 qədim sikkə tapdı - FOTO

Rumıniyada metal detektoru olan bir adam təxminən 1500 qədim Roma gümüş sikkəsini aşkar edib. Sikkələr demək olar ki, 1700 ildir ki, yerdə qalıb.   ...

Pakistan və Hindistan demarkasiya xəttinə atəş açır

Pakistan və Hindistan arasında bir neçə yerdə atışma qeydə alınıb. Demarkasiya xətti boyunca bir neçə nöqtədə atəş açıldığı bildirilir. Pakistan tərəfi atəş açı...

Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.   Sfera.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə ...

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk ...