Ceyhun Bayramov iraqlı həmkarı ilə danışdı

Ceyhun Bayramov iraqlı həmkarı ilə danışdı
 Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İraqın xarici işlər naziri Fuad Hüsseyn ilə telefon danışığı baş tutub.

XİN-dən Sfera.az-a bildirilib ki, nazir Fuad Hüsseyn bölgədəki gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib və hazırkı durumla maraqlanıb.

C.Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən cari ilin 27 sentyabr tarixində bütün cəbhə xətti boyu Azərbaycana qarşı iriçaplı silahlar və artilleriya qurğularından istifadə edərək həyata keçirdiyi yeni təcavüz aktına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks həmlələr həyata keçirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Ermənistanın ənənəvi olaraq beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğu, Azərbaycanlı mülki əhali və infrastrukturu atəşə tutduğu və mülki insanlar arasında itkilərin olduğu barədə İraq Xarici İşlər nazirinə məlumat verilib. Davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməsinin zəruri olduğu vurğulandı.

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...