Moldovanın tanınmış siyasi analitiki Azərbaycanın haqlı mübarizəsi barədə məqalə yazdı

Moldovanın tanınmış siyasi analitiki Azərbaycanın haqlı mübarizəsi barədə məqalə yazdı
Moldovanın "Tribuna" informasiya portalında Effektiv Siyasət İnstitutun (Kişinyov) direktorunun müavini, tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenkonun "Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə başladı" adlı məqaləsi dərc olunub.

Məqalədə Ruslan Şevçenko erməni-azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunur və Minsk Qrupu çərçivəsində aparılan danışıqların nəticəsizliyini qeyd edir. O vurğulayır ki, Minsk Qrupu çərçivəsində fəaliyyət göstərən beynəlxalq vasitəçilər Ermənistana işğal olan torpaqları qaytarmaq üçün təzyiq göstərmək əvəzinə, münaqişəni sadəcə "dondurmuş” vəziyyətdə saxlayırdılar. Həmçinin R.Şevçenko qeyd edir ki, 1994-cü ildən atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, Ermənistanın mütəmadi təxribatları və cəbhə bölgəsinə yaxın Azərbaycan yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində çoxsaylı dinc əhali həlak olmuşdur və həlak olmağa davam edir. 

Şevçenko qeyd edir ki, bu illər ərzində Azərbaycan tərəfi danışıqlar prosesinə sadiq olub,  cünki danışıqlar prosesi nəticəsində ədalətin zəfəri və beynəlxalq hüququn bərqərar olmasına ümid edib. 

Məqalənin müəllifi vurğulayır ki, Qarabağ uğrunda müharibə çətin, lakin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün mümkün bir vəzifədir.

"Müharibənin uğurlu nəticəsi və Azərbaycanın qanuni hakimiyyətinin Qarabağda bərpası, Moldovamız da daxil olmaqla, separatçılıq virusu ilə mübarizə aparan bütün ölkələr üçün faydalı bir nümunə olacaq. Bu  digər tərəfdən, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini şübhə altına almağa çalışan bütün separatçılar üçün sərt, lakin vacib bir dərs olacaqdır”,-deyə R.Şevçenko qeyd edir.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

//tribuna.md/ru/2020/10/01/ruslan-sevcenko-azerbaidjanul-a-purces-la-restabilirea-integritatii-sale-teritoriale/

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...