İxtisas seçimi günləri bu tarixədək uzadıldı

İxtisas seçimi günləri bu tarixədək uzadıldı
 

Cəbhə xəttində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi məhdudlaşdırıldığı üçün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 5 oktyabr saat 09:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM)  verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə "Abituriyent” jurnalının 6-cı sayında dərc olunub.

 

Subbakalavrlar da müsabiqədə iştirak etmək üçün 5 oktyabr səhər saat 9-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları "Abituriyent” jurnalının 8-ci sayından seçə bilərlər.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları //eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə traktor minaya düşdü: yaralanan var

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.   Sfera.az xəbər verir ki, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1...

Aysunun keçmiş əri 16 yaşlı qızla evləndi - VİDEO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Ramil Vəliyev yenidən ailə qurub.   Sfera.az xəbər verir ki, ifaçının eks-ərinin toyu baş tutub...

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti iyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəra...

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğraf...

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...