“Cəbrayıl, Füzuli istiqamətində ordumuz düşməni geri çəkilməyə məcbur edib”

“Cəbrayıl, Füzuli istiqamətində ordumuz düşməni geri çəkilməyə məcbur edib”
 

"Cəbhənin bütün isiqamətlərində əks hücum əməliyyatları davam edir. Mülki əhalinin atəşə tutulmaması ilə bağlı xəbərdarlığa baxmayaraq, Ermənistan silahlı qüvvələri Şəmkirin Sabirkənd, Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini və digər əraziləri raket və artilleriya atəşinə tutublar”.

Sfera.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov Hərbi İnformasiya Mərkəzinin brifinqində bildirib. O, qeyd edib ki, mülki əhali arasında yaralananlar var. 

"Madagizdə düşmənin hərbi hissəsində çaxnaşma və atışma yaranıb. Erməni könüllüləri müxtəlif bəhanələrlə döyüşə girməkdən imtina edirlər. Bunun əvəzinə qadın batalyonunun yaradılmasına qərar verilib. Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl, Füzuli istiqamətində ordumuz düşməni geri çəkilməyə məcbur edib və irəli gedib. Murov dağı istiqaməti də qoşunlarımızın nəzarətindədir”.

A.Eyvazov həmçinin qeyd edib ki, 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib: "Döyüşlərdə əldə etdiyimiz uğurlar Azərbaycan ordusunun yüksək döyüş ruhu və qələbə əzminin bariz nümunəsidir. Sözlərimi general-mayor Hikmət Həsənovun sözləri ilə bitirirəm: "Hərbi birliyin şəxsi heyətinin amalı son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir. Bunun üçün Ordumuzun döyüş ruhu kifayət qədər yüksəkdir. Qələbə bizimlədir!”

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...