TuranBank ASC Silahlı Qüvvələrin Yardım Fonduna vəsait ayırdı

TuranBank ASC Silahlı Qüvvələrin Yardım Fonduna vəsait ayırdı
 

Məlum olduğu kimi sentyabr ayının 27-də düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış və işğal altında olan bir sıra strateji mövqe və kəndlərimizazad edilmişdir. Hazırda igid əsgərlərimiz işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatları düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla davam etdirir.

 

Bu şanlı tariximizin yazıldığı bir vaxtda ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Azərbaycanda fəaliyyət göstərən ilk özəl banklardan olan TuranBank ASC də vətənpərvərlik və sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatlarına dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna 100 000 (bir yüz min) manat vəsait köçürmüşdür.

 

Qarabağımızın incisi Şuşada Azərbaycan bayrağının sancılacağı günün yaxında olduğuna inanırıq.

 

Qarabağ Azərbaycandır!

 

TuranBank


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...