"Bu o demək deyil ki, biz Ermənistanı Azərbaycana qarşı dəstəkləyirik" - Rusiya

 "Biz ədalətli həll yolunun tapılmasını, atəşkəsi və hər iki ölkənin bu gərginliyə son verməsini dəstəkləyirik".

Sfera.az  xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya BMT-nin qərargahında keçirilən mətbuat konfransında söyləyib.

O, açıqlamasında "Türkiyə açıq şəkildə Azərbaycanı dəstəkləyir, bunu bilirik. Amma bu o demək deyil ki, biz qarşı tərəfdəyik və Ermənistanı Azərbaycana qarşı dəstəkləyirik. Bu, belə deyil. Biz ədalətli nizamlanma ilə atəşkəsin tərəfdarıyıq və hərbi əməliyyatların dayandırılmasını dəstəkləyirik" - deyə qeyd edib. 

Nebenziya baş verənlərlə bağlı narahatlığını dilə gətirib: "Dağlıq Qarabağdakı problem bizi olduqca narahat edir. Amma bu, hadisələrin sərhədimizə çox yaxın olmasından qaynaqlanmır. Rəsmi Moskva hər iki ölkə ilə xüsusi əlaqələri olduğuna görə narahatdır. Hər şeydən əvvəl hərbi əməliyyatları dərhal dayandırmaq və müzakirə masasına qayıtmaq lazımdır. Biz vasitəçi olmağı təklif etdik. Xarici İşlər naziri Sergey Lavrov da tərəflərə Moskvada görüşməyi təklif edib".

(mediapost)


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...