Pakistandan Ermənistanın iddialarına CAVAB: "Spekulyativ və əsassızdır”

Siyasət
12:45 / 02.10.2020
1877
Pakistan
Xarici İşlər Nazirliyi (XİN) Pakistan hərbçilərinin Azərbaycan Silahlı Qüvvələri
ilə birlikdə Ermənistana qarşı döyüşdüyünü iddia edən mətbuat orqanının yaydığı
xəbərə münasibət bildirib.
Sfera.az xəbər verir ki, Pakistan XİN-in sözçüsü həmin məlumatı təkzib edib. O, iddiaları spekulyativ və əsassız adlandırıb.
"Bu cür xəbərləri yaymaq məsuliyyətsizlikdir", - deyə XİN sözçüsü qeyd edib.