Ermənistan PKK, ASALA və digər terror təşkilatlarına qucaq açdı

Ermənistan PKK, ASALA və digər terror təşkilatlarına qucaq açdı
 Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlamışdan əvvəl rəsmi İrəvanın Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarda qanunsuz məskunlaşdırma siyasətinə dair təkzibedilməz faktlar üzə çıxdı. Məlum oldu ki, Ermənistan Livanda yaşayan erməni ailələrini işğal olunmuş ərazılərə köçürür. Bununla bağlı hətta sosial şəbəkələrin erməni seqmentində də fotolar yayılmışdı.
 

Sfera.az bildirir ki, əslində bu, rəsmi İrəvanın məkrli niyyətinin görünən tərəfidir. Məsələnin görünməyən tərəfi isə budur ki, Ermənistan qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində bölgəyə terrorçu qruplar və muzdlu döyüşçülər toplayır.

Rəsmi İrəvan bu təcrübədən Dağlıq Qarabağ və ətraf rayonların işğalı zamanı da istifadə edib. Görünür, Ermənistanın siyası rəhbərliyi hesab edir ki, bu dəfə də oxşar üsuldan yararlanmaqla işğalçılıq siyasətini davam etdirə biləcək.

Gələn məlumatlara görə, Ermənistan bu dəfə Dağlıq Qarabağ və ətraf rayonlara PKK, ASALA və bu kimi terrorçu təşkilatların xüsusi dəstələrini köçürüb. Gələn xəbərlərdə o da qeyd edilir ki, rəsmi İrəvan yalnız bu terror təşkilatların döyüşçüləri ilə kifayətlənmir. PKK-nın tərkibində erməni alaynın yaradıldığı, onların xüsusi təlim keçdiyi və sonradan Qarabağa yerləşdirildiyi bildirilir.

Ermənistan terroçuları və muzdluları "könüllü dəstələr” adı ilə təqdim edir. Lakin faktlar göstərir ki, Ermənistanda Dağlıq Qarabağda könüllü döyüşmək istəyən demək olar ki, yoxdur. Elə dünən yayılan məlumatlarda Ermənistandan Qarabağa göndərilən könüllülərin döyüşməkdən imtina etdiyi bildirilir.

Məlumatlarda bildirilir ki, Ermənistanın döyüşmək üçün gətirdiyi terroçu və muzdlular qrupu cəbhənin cənub bölgəsində yerləşdirlib. 

Rəsmi İrəvanın terroçu qrupları döyüşlərə cəlb etməsi Ermənistanın dövlət olaraq terrorçu mahiyyətini ortaya qoyur. Yeri gəlmişkən, rəsmi Bakı dəfələrlə dünyanı bu barədə məlumatlandırıb.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinə ağır zərbələr endirilməsi, erməni döyüşçülərinin hətta döyüş bayrağını atıb qaçması rəsmi İrəvanı çətin duruma salıb. Ermənistan məğlubiyyətinə haqq qazandırmaq üçün saxta məlumatlardan və şantajdan istifadə etməyə çalışır. Rəsmi İrəvan iddia edir ki, Azərbaycan tərəfdən muzdlular döyüşür. Amma buna dair bircə fakt ortaya qoya bilmir.

Bəzi xarici media orqanlarında bu barədə yayılan iddialar isə erməni xüsusi xidmət orqanları və Azərbaycana düşmən münasibət bəsləyən bəzi xarici dairələr tərəfindən hazırlandığı şübhə doğurmur.

Rəsmi İrəvan ciddi-cəhdlə çalşır ki, beynəlxalq aləmdə Azərbaycan və Türkiyə haqqında mənfi rəy yaratsın. Halbuki, istər Azərbaycan, istərsə də Türkiyə terrordan əziyyət çəkən ölkələrdir. Həm Bakı, həm də Ankara uzun illərdir ki, terrora qarşı mücadilə verir.

(yenisabah)



OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...