“Erməni əsgərlər arasında atışma olub” - MN

11:31 / 02.10.2020
1392
Müdafiə Nazirliyi daha bir məlumat yayıb.
Sfera.az-a daxil olan məlumatda bildirilir ki, əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib. Şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub.