“Koronavirusun ikinci dalğası qaçılmazdır…” – Ekspert qadağaların ləğvinə ETİRAZ ETDİ

“Koronavirusun ikinci dalğası qaçılmazdır…” – Ekspert qadağaların ləğvinə ETİRAZ ETDİ

 

Ekpsertlər hələ bir neçə ay öncədən həyacan siqnalı verirdi ki, payız aylarında ölkədə koronavirusun ikinci dalğasına şahidlik edəcəyik. Lakin gündəlik statistikaya nəzər salsaq, yoluxma sayı ötən aylara nisbətdə xeyli azalıb.


Maraqlıdır, belə olan halda ölkədə ikinci dalğanın yaranma ehtimalı 0-a enir, ya bu təhlükə hələ də var? Bundan əlavə, virus mutasiyaya uğradığı üçün təsir gücü zəifləyib?


Məsələ ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev hazırkı statistikanın qorunacağı təqdirdə ikinci dalğanın yaranma ehtimalının azalacağını bildirib:


"Koronavirus üçün ÜST tərəfindən təsdiq edilmiş peyvənd olmadığı üçün hələ də bu qorxu var. Bizdə yoluxma ona görə azalıb ki, selektiv tədbirlər vaxtında görüldü. Hansı əhali qrupunda yoluxma az oldusa birbaşa onların kontaktda olduğu şəxslər yoxlanıldı. Beləliklə biz sürətli yayılmanın qarşısını ala bildik. Amma bu o demək deyil ki, virus yoxa çıxıb.

 

Bu baxımdan bəzi müəssisələrin və s. açılışı növbəli şəkildə həyata keçirilməlidir, dərslər bütün siniflər üçün əyani şəkildə birdən keçirilməməlidir. Çünki birdən açılmaya keçsək koronavirusun ikinci dalğasını yaşayacağımız qaçılmazdır. Buna görə bizdə yumşalma tədbirləri iki həftə müddətinə nəzərdən keçirilir və yoluxma sayı artmazsa yenidən yumşalma olur.

 

Son günlər Avropa ölkələrində yoluxma sayında artım müşahidə olundu. Hətta bəzi ölkələr virusun pik həddinə çatdı. Bu onu deyir ki, virus hələ mutasiyaya uğrayıb zəifləməyib.Yoluxmanın bu vəziyyət almasına səbəb isə həmin ölkələrin birdən yumşalmaya getməsi oldu. Bu səbəbdən bizdə yumşalma tədricən növbəli şəkildə olur.

 

Bu günkü vəziyyətə görə biz 50 həkim və xeyli sayda tibb işçisi itirmişik. Biz bunun sayəsində hazırkı vəziyyətdəyik. Ona görə də daha böyük itkilərə getməmək üçün yumşalma mərhələli şəkİldə həyata keçirilməlidir. İndiki statistika ikinci dalğanın yaranmadığını göstərir və bunu qorumalıyıq”.

 

 

Sfera.az

Əzizə Zeynal

 

 


OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...