ABŞ-lı məmur: "Suriyalıların Qarabağda döyüşməsi barədə kəşfiyyat məlumatları yoxdur"

ABŞ-lı məmur:
 "Suriya üsyançılarının Dağlıq Qarabağda yerləşdirilməsini təsdiqləyən informasiya və ya kəşfiyyat məlumatları mövcud deyil".
 

Sfera.az  xəbər verir ki, bunu Cənubi Qafqazla məşğul olan iki amerikalı məmur anonimlik şəraitində "Turan”ın Vaşinqtondakı müxbirinə bildirib.

Məlumata görə, həmin məmurlar "hərbi əməliyyatlarda iştirak etmək üçün əsasən Suriya, Livandan Dağlıq Qarabağ zonasına qanunsuz silahlı birləşmələrin çıxarılması” barədə Rusiya XİN-in çərşənbə günü yaydığı məlumatı belə şərh ediblər.

Bundan başqa, Dövlət Departamentinin yüksək vəzifəli məmuru "Türkiyənin F-16 təyyarəsinin ermənilərin hərbi təyyarəsini vurması" barədə Ermənistan XİN-in bəyanatını təsdiqləməyib: 

"Bununla bağlı heç bir məlumatım yoxdur. Hazırda məndə bunu təsdiqləyəcək heç bir fakt yoxdur”.

Qeyd olunub ki, bu həftənin əvvəlində dövlət katibi Mayk Pompeonun Yunanıstana səfərindən sonra Dövlət Departamentinin yüksək vəzifəli məmuru türkiyəli həmkarları ilə görüşmək üçün iki günlüyə Türkiyənin İstanbul və Ankara şəhərlərinə səfər edəcək.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqlaregional məsələlərin müzakirə ediləcəyi vurğulanıb.



OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...