Düşmən yaşayış məntəqələrini atəşə tutdu - Ölən və yaralananlar var

Hadisə
10:00 / 02.10.2020
1054
Azərbaycan
Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə
tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam
rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən
intensiv artilleriya atəşinə tutulur.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Mülki əhali arasında ölən və yaralananlar var.
Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.
Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək, - nazirlikdən bildirilib.