Fərhad Əhmədov özünə və digər azərbaycanlı iş adamlarına olan təxribatdan yazdı - MƏTN

Tanınmış iş adamı və eks-senator Fərhad Əhmədov "Facebook”dakı rəsmi səhifəsində Qarabağ münaqişəsi ətrafında baş verən hadisələri şərh edib.
Sfera.az sözügedən yazını olduğu kimi oxucularına təqdim edir:
Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar başlayan informasiya müharibəsində hər iki tərəfdən yaylım atəşləri eşidilir. Hər kəsi nəzarətdə saxlamaq mümükün deyil. Amma Rusiyanın bir sıra telegram kanalında tirajlanan bir xəbəri görməzdən gələ bilmərəm, xüsusilə də adım orada çəkildiyi üçün. //t.me/russica2/32823
Hərbi əməliyyatlar zamanı toplardan əlavə informasiya cəbhəsində də atəş açılır. 21-ci əsrdə informasiya müharibəsi elə gerçək müharibə qədər əhəmiyyətlidir. İnformasiya müharibəsində qalib gələn, bir qayda olaraq, gerçək müharibəni də qazanmış olur.
Qeyd etdiyim yazıda Kremldən "informasiya sızdırılması”ndan söbət gedir, burada Qarabağla bağlı vəziyyətdə Türkiyə ilə Azərbaycan arasındakı həddən artıq güclü əlaqədən narazılıq bildirilir və bu xüsusda, hazırda Rusiyada yaşayan milyonlarla azərbaycanlı Türkiyənin "beşinci kolonu" hesab olunur, onlardan yaxa qurtarmaq istəyirlər, başlanğıc üçün isə Vahid Ələkbərovu , Zarah İliyevi, Qod Nisanovu, Araz Ağalarovu və məni "sıxışdırmaq” istəyirlər.
Əlbəttə, söhbət rəqiblərimizin Kremlə ötürdüyü "ipucu”ndan gedir. Bir vaxtlar gürcü və rus əsilli rusiyalı iş adamları vasitəsilə Tiflisə və İrəvana təsir göstərmək cəhdlərindən danışdıqları kimi.Lap əgər belə cəhdlər olubsa belə, uğurlu nəticələr gözə çarpmır.
İndinin özündə də inanmıram ki, Azərbaycanda anadan olan rusiyalı milyarderlər biznesləri üçün təhlükə yaranacağı təqdirdə tarixi Vətənlərinin işğalda olan torpaqlarının azad olunmasına əngəl törətsinlər. Bir də axı bunu necə edə bilərlər: kim Bakıda onların sözü ilə oturub duracaq? Əksinə, onların hamısı bu ədalətli mübarizəni dəstəkləyir.
"Erməni radiosunun" yayımladığı yalanları bir kənara qoyub, bu və ya diğər diasporun Rusiya iqtisadiyyatına, siyasətinə, mədəniyyətinə və kütləvi informasiya vasitələrində ciddi nüfuzundan danışsaq, ilk sırada, böyük ehtimalla məhz erməni əsilli iş adamlarının yer aldığını qeyd etməli olarıq. Bunu hamı bilir. Amma Qarabağ uğrunda mübarizədə bu o qədər də çox kömək etmir. Elə buna görə də Rusiyanı Ermənistana kömək etməyə məcbur edə bilməsələr də, heç olmasa, biznesmen həmkarlarının işinə pəl vurmaq üçün Rusiya təhlükəsizlik xidməti əməkdaşlarının ən mənfi instinktlərini oyatmağa çalışırlar.
Fərhad Əhmədov,
eks-senator, iş adamı, xeyriyyəçi.
Selcan
Sfera.az