“Bu hərbi əməliyyata “Qarabağa sülh” adı verilsin” – Tofiq Zülfüqarov

14:38 / 01.10.2020
1332
"Bu hərbi əməliyyata "Qarabağa sülh” adı verilsin”
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Ordusunun Dağlıq Qarabağda başladığı hərbi əməliyyata ad verilməsinin vacibliyini vurğulayarkən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib:
"Çox yaxşı olardı ki, Azərbaycan Ordusunun həyata keçirdiyi bu hərbi əməliyyatlara hansısa bir ad verilsin. Ən azından təbliğat üçün bu çox vacibdir.
Məsələn, bu əməliyyata "Qarabağa sülh” adını verərdim. Bildiyiniz kimi, Türkiyə bu və ya digər hərbi əməliyyatları keçirərkən ona müxtəlif adlar verib. Azərbaycan da bu baxımdan keçirdiyi hərbi əməliyyata hansısa bir ad versə yaxşı olar. Düşünürəm ki, təbliğat baxımından bu addıma getmək çox vacibdir”.
Elçin