Ramiz Mehdiyev Qarabağ döyüşləri ilə bağlı niyə susur? – Müəmmalı susqunluğa REAKSİYALAR

Ramiz Mehdiyev Qarabağ döyüşləri ilə bağlı niyə susur? – Müəmmalı susqunluğa REAKSİYALAR

"Qısqanclıqdan və belə vəziyyətin onları qane etməməsindən irəli gəlir”.


Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatları ilə bağlı ictimai-siyasi sektor təmsilçilərinin birmənalı olaraq Ordumuzun yanında olduğunu ifadə etmələrinə rəğmən, Prezident Adminstrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin müəmmalı susqunluğuna münasibət bildirərkən "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib:



"Azərbaycan Ordusu başlanılan hərbi əməliyyatlarda bir sıra uğurlara imza atıb. Bəlkə də Ramiz Mehdiyev və onun tərəfdarları bu uğurlarımızı gözləmirdilər. Hansı ki, bu uğurlar Ali Baş Komandan olaraq Prezident İlham Əliyevlə bağlıdır. Ona görə bəlkə də bu mənada belə vəziyyət onları qane etməyib. Qısqanclıq var”.


"Bu günə qədər Azərbaycan torpaqlarının işğalda qalmasının bir nömrəli günahkarı məhz Ramiz Mehdiyevdir”



Bunu isə sayta açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:


"Ramiz Mehdiyev heç zaman imkan verməyib ki, Azərbaycanın birinci şəxsi torpaqlarımızın azad edilməsində ortaya qəti mövqe qoysun. Mehdiyev heç zaman istəməyib ki, onun dayısı, xalası uşaqlarına zərər dəysin. Onun vəzifədən uzaqlaşdırılmasından sonra Azərbaycanda bir sıra sahələrdə irəliləyişlər əldə olundu. Bu irəliləyişlərin nəticəsi olaraq da torpaqlarımız işğalçı erməni terrorçularından azad edilir. Buna görə də Ramiz Mehdiyev kimiləri yas saxlayır”.


"Azərbaycan xalqının onun hansısa bir sözünə ehtiyacı yoxdur”.



Bu sözlər isəADP sədri Sərdar Cəlaloğluna aiddir: "Burada "5-ci kolonun üzvləri var ki, dildə Ordumuzun qələbələrini dəstəkləsə də, ürəklərində qan ağlayırlar. Bəziləri də açıq şəkildə mövqe ifadə etmir.

 

Ramiz Mehdiyev uzun illər Qarabağın azad edilməsi yolunda dayanan ən ciddi əngəllərdən biri idi. İndi durub nə deyəcək ki? Həm də durub nəsə desə də belə, Azərbaycan xalqının onun hansısa sözünə ehtiyacı yoxdur.Bu baxımdan kompleksə düşüblər. O heç illər uzunu Qarabağla bağlı bir kəlmə söz danışmayıb. Onlar ağalarının yanında pis olmamaq üçün susur. Düşünür və ümid edirlər ki, bəlkə də Qarabağ ətrafında vəziyyət əvvəlki hala qayıtdı və onlar yenidən bildiklərini etməyə başlayacaqlar”.


"Bu məsələyə hər bir məmurun ayrı-ayrılıqda fikir bildirməsinə ehtiyac yoxdur”



Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə bu qənaətdədir:

 

"Ramiz Mehdiyevin susması iə bağlı mən niyə fikir bildirməliyəm ki? Ramiz Mehdiyev iqtidar partiyasının nümayəndəsidir, Təhlükəsizlik Şurasının üzvüdür. O hakimiyyətin yüksək rütbəli məmurlarından biridir. Fikrimcə, sözügedən məsələyə hər bir məmurun ayrı-ayrılıqda fikir bildirməsinə də ehtiyac yoxdur. Mehdiyev Prezident İlham Əliyev nə qərar verirsə, onu təsdiqləməlidir. Ona qarşı bir fikir bildirirsə, onda bununla bağlı nəsə deyə bilərəm”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...