Ermənistan səhiyyəsi süqutunu yaşayır, yaralı hərbçilər xəstəxanalarda ölür

Ermənistan səhiyyəsi süqutunu yaşayır, yaralı hərbçilər xəstəxanalarda ölür
 

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra məhv edilən, yaralanan erməni silahlılarının sayı durmadan artır. Azərbaycan əsgəri cəbhə xəttində davam edən döyüşlərdə açdığı sərrast atəşlə düşmən hərbçilərini sıradan çıxarır. Ermənistan hökuməti hazırda itkilərinin sayını gizlətsə də, bir neçə gün əvvəl yaralı hərbçi çoxluğundan ölkənin xəstəxanalarında xəstə qəbulu dayandırılıb. Çünki Ermənistanın səhiyyə ocaqları eyni anda yaralı hərbçilərlə, mülki vətəndaşları qəbul etmək iqtidarında deyil. Elə təkcə bu fakt Ermənistan səhiyyəsinin əsl mahiyyətini üzə çıxarır.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev  açıqlamasında deyib ki, Ermənistanda hazırda səhiyyənin süqutunun yaşandığı hər kəsə məlumdur:

"Bunu bir çox rəsmi statistikalar da sübut edir. Bu məqamda rəsmi statistikalara əsaslanaraq bugünkü Vətən müharibəsində diqqəti vacib olan digər məsələlərə yönəltmək istəyirəm".

N.Abdullayev rəsmi statistikalara əsasən Ermənistanda 1000 nəfərə düşən həkim sayının Azərbaycandakı həkim sayından dəfələrlə az olduğunu vurğulayıb:

"Ermənistanda ümumi tibbi xidmətin səviyyəsinin də aşağı olduğunu nəzərə alsaq, orada həkim sayının daha az olması müharibə şəraitində onlara çox ciddi problem yaradır. Bundan əlavə, rəsmi statistikalar 1000 nəfərə düşən tibbi personalın və çarpayının da Azərbaycana nisbətən Ermənistanda dəfələrlə aşağı olduğunu sübut edir. Bu da onlarda hər hansı tibbi xidmətləri, məsələn cərrahi əməliyyatları həyata keçirmək üçün imkanlarının, şəraitlərinin də olmamasını üzə çıxarır. Beləliklə, bu, onun göstəricisidir ki, Ermənistanın tibbi xidmət səviyyəsi 0-a yaxınlaşır".

"Rəsmi statistik göstəricilərə əsasən, düzgün qənaətə gəlmək olur ki, Ermənistan bu müharibəni təkcə hüquqi müstəvidə deyil, eləcə də hərbçilərinə düzgün tibbi xidmət göstərə bilməyərək ağır və çox saylı  itkilərlə uduzur", - N.Abdullayev əlavə edib.

(report)


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...