Ceyhun Bayramov və İsveç Krallığının Xarici İşlər naziri arasında görüş olub

Ceyhun Bayramov və İsveç Krallığının Xarici İşlər naziri arasında görüş olub
 Bu ilin 30 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov və İsveç Krallığının Xarici İşlər naziri Ann Linde arasında video konfrans formatında görüş baş tutub.

Xarici İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, nazir Ceyhun Bayramov İsveç Xarici İşlər nazirinin bölgəyə planlaşdırılan səfəri təxirə salındığı üçün video konfrans formatında görüşün keçirildiyini qeyd etdi və bu görüşün həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi üçün faydalı olacağını bildirdi.

İsveç naziri Azərbaycana səfərinin noyabr ayına təxirə salındığını qeyd etdi və iki ölkə arasındakı münasibətlər ilə yanaşı, İsveçin ATƏT-də qarşıdan gələn sədrliyi ilə əlaqədar məsələlərinin gələcək səfər çərçivəsində daha ətraflı müzakirəsi imkanının olacağını ifadə etdi.

Görüşdə nazirlər Azərbaycan və İsveç arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edərək, əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan tam istifadə olunmasının əhəmiyyətini vurğuladılar. Xüsusilə, ticarət sahəsində əməkdaşlığın inkişafı, o cümlədən insanlar arasında əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bölgədə yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edən nazir Ann Linde sülhün təmin olunmasının vacibliyi bildirdi və hazırkı vəziyyəti sorğu etdi.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ağır nəticələri ilə bağlı həmkarına məlumat verdi, münaqişənin həllinin əsasını təşkil edən qərar və qətnamələr, o cümlədən BMT TŞ məlum qətnamələrinin tələblərini qeyd etdi. Ermənistan rəhbərliyin son zamanlar sərgilədiyi təxribatçı fəaliyyəti, o cümlədən cari ilin 12-16 iyul tarixində Ermənistanın iki dövlət sərhədində hücum cəhdi, 23 avqust tarixində diversiya-kəşfiyyat qrupunun təxribatı, Azərbaycan işğal edilmiş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət, eləcə də digər təhrikçi bəyanat və açıqlamaları barədə İsveç nazirini məlumatlandırdı. Bölgədə davamlı sülh və təhlükəsizliyinin təmin olunması üçün Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılmasının zəruri olduğunu bildirdi.

Nazir Ann Linde İsveçin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini qeyd etdi. Dövlətlərin Helsinki Yekun Aktının başlıca prinsiplərinə hörmət etməsinin vacibliyi ifadə olundu.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

OXŞAR XƏBƏRLƏR

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...