İTV kanalının əməkdaşı cəbhə bölgəsində olan jurnalistlərə çağırış etdi

İTV kanalının əməkdaşı Heydər Mirzə cəbhə bölgəsində olan jurnalistlərə çağırış edib.
Sfera.az xəbər verir ki, kanalın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı Heydər Mirzə öz "Facebook” səhifəsində həmkarlarından yazıb:
"Ad çəkmirəm. Amma artıq ikinci dəfədir ki, yerli sakinlər deyir ki, filan jurnalist nə bilim filan kanalın nümayəndəsi və s. gəlib Tərtərin mərkəzində kolun dibində sürünərək reportajda deyir : "Biz hal-hazırda cəbhə xəttindəyik".
Ya bura gəlməyin, ya da etməyin belə. Söz gələndə hamımıza gəlir. Nə də ki sizin yerinizə 70 yaşlı veteran kişinin sözünü alıb utana utana üzünə baxmaq vallah xoş deyil.
Demirəm gedin girin Qapanlıya ya da Şıxarxa zırıltının ortasında, öz işinizdir. Kimsə cürət edir, kimsə etmir. Kolda kosanda durub, üstünə "piiiiiiiu bum" montaj edib, "cəbhə reportajı" edirsinizsə, Bakıda edin, burada nə əsgərin, nə kənd camaatının qarşısında edib, gözündən düşməyin. Cəbhə xətti və cəbhə bölgəsi fərqli şeylərdir”.