7 şagirddə koronavirus aşkarlandı

13:35 / 30.09.2020
1609
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən bildirilib ki, sentyabrın 29-da 11 şagirdin, 2 işçi heyətin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 7 şagird və 1 işçidə koronavirus aşkarlanıb.
Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 19 olub.