Müdafiə Nazirliyi: Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib

Cəmiyyət
13:05 / 30.09.2020
1949
Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib.
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.
Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir.