İnformasiya və rabitə xidmətlərindən asılılıq sürətlə artır - TƏHLİL

İnformasiya və rabitə xidmətlərindən asılılıq sürətlə artır - TƏHLİL

Pandemiya ilə əlaqədar Azərbaycanda iqtisadiyyatın bir çox sahələrində geriləmə qeydə alınsa da bəzi sahələrdə böyümə davam edib. Azsayda olan belə sahələr arasında informasiya və rabitə sektoru da var.


Sektorun davamlı böyüməsində həyatımızın bütün sahələrinə informasiya və kommunikasiya texnologiyalarının sirayət etməsi rol oynayıb. İllər ötdükcə daha çox sahədə informasiya və rabitə texnologiyalarından istifadə edilir, həmin sahələrin bu cür texnologiyalardan asılılığı artır.

 

Sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında hərbi gərginliyin artması və bu səbəbdən internetə çıxışın məhdudlaşdırılması informasiya və rabitə xidmətlərinə olan tələbin nə qədər yüksək olduğunu təsdiqlədi. Gələcəkdə informasiya və rabitə texnologiyaları ilə bağlılıq daha da artacaq ki, bu da sektordakı iqtisadi dəyərin bir qədər də yüksəlməsinə şərait yaradacaq.


Sfera.az bildirir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin araşdırmasına əsasən, son illərdə rabitə və informasiya xidmətləri sektoru ən yüksək real böyümə tempinə malik 2iqtisadi fəaliyyət sahəsindən biri olub. Ekspertin 2010-cu ilin müqayisəli qiymətləri ilə apardığı hesablama göstərir ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatı üzrə böyümə 9 faiz, ticarət üzrə 41%, kənd təsərrüfatı üzrə 24%, emal sənayesi üzrə 20%, tikinti üzrə 19% olduğu halda, rabitə və informasiya sektoru üzrə böyümə 2 dəfə artıb.

 

R.Ağayev hesab edir ki, böyümə sürətinin yüksək olması həmin sektorun inkişaf imkanlarının güclü olduğunu təsdiqləyir. Onun fikrincə, böyümənin sürətləndirilməsi məqsədilə sektorda islahatların aparılması, rəqabət şəraitinin yaxşılaşdırılması lazımdır: "Ən zəif iqtisadiyyat belə rəqəmsal texnologiyalar olmadan inkişaf edə bilmir. Rəqəmsal texnologiyalar birbaşa internetə bağlıdır.

 

Düşünürəm ki, bizim iqtisadiyyatımız rəqəmsalaşma potensialına görə çox aşağıdır. İstər təhsil, istər sənaye, istər kənd təsərrüfatı olsun, buradakı inkişaf səviyyəsini qabaqcıl ölkələrlə müqayisə etsək bizim geridə olduğumuzu görərik. Azərbaycanda rəqəmsalaşma, müasir texnologiyalardan istifadə etmək sahəsində çox böyük imkanlar və potensial var. Bu potensial aşkarlanmalıdır, böyüməlidir və ondan istifadə genişlənməlidir.

 

Məsələn, kənd təsərrüfatı primitiv üsullara əsaslanan, müasir texnologiyalardan zəif istifadə edilən bir sahədir. İnkişaf etmiş ölkələrdə fermerlər suvarma sistemlərini kompüter üzərindən idarə edir. Yaxud İsraildə bitkilərin əkini elə aparılır ki, əkin sıralarından hansına nə qədər suyunlazım olduğu siqnallar vasitəsilə, internet üzərindən kompüterə və ya telefona ötürülür. Sonra suvarma mərkəzindən həmin sıraya lazım olan miqdarda su ötürülür.

 

Bu, çox sadə texnologiyadır.

 

Təhsil sistemi də yetərincə kompüterləşməyib, internetin imkanlarından istifadə aşağı səviyyədədir.

 

Eynilə bütövlükdə sənayemiz daha çox köhnə texnologiyalardan yararlanır. İstehsal texnoloji mürəkkəbliyinə görə 4 mərhələyə bölünür. Yüksək, orta yuxarı, orta aşağı və aşağı texnoloji. Aparılan araşdırmalar göstərir ki, bizim məhsullarımız aşağıdakı 2 mərhələyə uyğundur. Yuxarı 2 texnoloji potensial daha çox internet və rəqəmsal texnologiyalar üzərində qurulub.

 

Bu nə deməkdir? Bu o deməkdir ki, biz istehsalda yüksək texnoloji proseslərin tətbiqinə keçsək, daha çox rabitə və internet potesialının artırılmasına ehtiyac var. Yəni, potensial böyükdür”.

 

R.Ağayev qeyd etdi ki, informasiya və rabitə xidmətlərinin əsas istifadəçisi geniş əhali kütləsidir. Onun fikrincə, buna görə də sektorun xidmətlərində daha çox istifadə edilməsi üçün xidmətlərin keyfiyyəti artırılmaqla bərabər qiymətlər də əlverişli olmalıdır: "Bu sahәdә fәaliyyәt göstәrәn müәssisәlәr tәrәfindәn 2020-ci ilin yanvar-avqust aylarında әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә göstәrilən xidmәtlәrin dәyәri real ifadәdә 1,1 faiz artaraq 1,413 milyard manat olub. Onun da 72,3 faizi әhali tәrәfindәn istehlak edilib.


Xidmәtlәrdәn әldә edilәn gәlirin 42,1 faizi vә ya 595 milyon manatı mobil telefon rabitәsi sahәsindә formalaşıb.


Əhalinin xidmətlərdən istifadəsini artırmaq üçün genişzolaqlı internet şəbəkəsi istifadəçiləri sürətlə artırılmalıdır. Avropa ölkələrində əhalinin 90 faizdən çoxu genişzolaqlı mobil internetdən istifadə edir. Onların telefonları, mobil qurğuları daim internetə qoşulu olur. Azərbaycanda bununla bağlı məlumat yoxdur. Çünki məlumat açıqlanmır. Bu onunla bağlıdır ki, bizdə vəziyyət pisdir, göstərici çox aşağıdır. Mobil internetdən davamlı istifadə edilməməsinin səbəbi keyfiyyətin aşağı olması və qiymətlərin yüksək olması ilə bağlıdır.

 

Qiymətlər yüksəkdir, bizim gəlirlərimizlə müqayisədə internet qiymətləri çox yüksəkdir. Məsələn, əhalinin gəliri ilə 100 Mb internetin qiyməti arasında olan fərq Avropada olan oxşar göstəricidən xeyli azdır. Avropalı gəliri ilə daha çox internetdən istifadə edə bilir. Ola bilər ki, mütləq ifadədə Avropada olan qiymətlər bizdə olan qiymətlərdən 2 dəfə yüksəkdir. Amma onların aldığı əmək haqqı Azərbaycanda olan əmək haqqı səviyyəsindən bir neçə dəfə yüksək olduğundan internet xidmətləri daha ucuzdur. Biz qiymət fərqini müqayisə edən zaman gəlirləri nəzərə almalıyıq”.


 

Vasif


OXŞAR XƏBƏRLƏR

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...

Narkotikə “yox” deyək- DİN-dən yeni sosial çarx

DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb.   Sfera.az xəbər verir ki, 26 i...