Hansı danışıqlardan söhbət gedə bilər? – İLHAM ƏLİYEV

Hansı danışıqlardan söhbət gedə bilər? – İLHAM ƏLİYEV

Sorosun Ermənistanda təşkil etdiyi çevrilişdən sonra erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair danışıqlara zərbə vurdu.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya 1” kanalına eksklüziv müsahibəsində bildirib.

"Baş nazir Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” deməsindən sonra hansı danışıqlardan söhbət gedə bilər? ATƏT-in Minsk qrupunun hazırladığı prinsiplərlə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında olan ərazilər Azərbaycana qaytarılmalıdır, amma Paşinyanın bir tərəfdən Qarabağ Ermənistanındır deməsi, digər tərəfdən bizi bu bölgədə yaradılan marionet rejimlə danışıqlara sövq etməsi artıq 20 ildir mövcud olan danışıqlar formatını dağıdır və bununla bilərəkdən danışıqlar prosesini pozur və Azərbaycan qarşısında qəbulolunmaz şərtlər qoyur.

Və Minsk qrupunun nəhayət ki, danışıqlar prosesini pozan tərəfi aydın göstərməyə cəhd edəndə Ermənistan hərbi provokasiyalara əl atır, hansı ki sonuncu dəfə 27 sentyabrda, bundan əvvəl isə 12 iyulda baş verib. Bütün bu addımları ilə erməni tərəfi danışıqlar prosesini pozur, çünki status-kvonu saxlamaq istəyir. Halbuki, Minsk qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində bir neçə dəfə status-kvonun saxlanılmasının mümkünsüz olduğunu qeyd ediblər. Bu isə o deməkdir ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir. Biz danışıqlara hazırıq, amma erməni tərəfindən onun tam əksini görürük”.


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...