Latviya Dağlıq Qarabağdakı gərginlikdən narahatdır

Latviya Dağlıq Qarabağdakı gərginlikdən narahatdır
 Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının Xarici İşlər naziri Edqars Rinkeviç ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sfera.az-a verilən məlumata görə, nazir Edqars Rinkeviç son günlər cəbhə bölgəsində yaşanan son dərəcə gərgin vəziyyət ilə bağlı narahat olduğunu bildirdi və hazırkı durum ilə maraqlandı.

Nazir Ceyhun Bayramov Ermənistan rəhbərliyinin son aylar ərzində həyata keçirdiyi təxribatçı fəaliyyəti, o cümlədən Tovuz istiqamətində hücum cəhdi, diversiya-kəşfiyyat qrupunun təxribatı Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti, eləcə də digər təxribatçı addımlar barədə həmkarına məlumat verərək, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu qanunsuz fəaliyyətinə lazımi reaksiyanın göstərilməməsinin işğalçı ölkənin 27 sentyabr tarixində yeni təcavüz aktına imkan yaratdığını bildirdi.

Diqqəti xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı mülki əhalini hədəfə aldığına yönəldən nazir bu halın beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və müharibə cinayəti olduğunu vurğuladı. Bölgədə yaşanan gərginliyə görə məsuliyyətin tam şəkildə Ermənistan üzərində olduğu bildirildi.

OXŞAR XƏBƏRLƏR

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...

Narkotikə “yox” deyək- DİN-dən yeni sosial çarx

DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb.   Sfera.az xəbər verir ki, 26 i...