Düşmən bu yolla da dezinformasiya yaymağa başladı - Hər kəsə gələ bilər - FOTO

Düşmən bu yolla da dezinformasiya yaymağa başladı - Hər kəsə gələ bilər - FOTO
 

Sentyabrın 27-də təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutaraq mülki vətəndaşlarımız və hərbi qulluqçularımızı qətlə yetirən Ermənistana qarşı əks hücuma keçən Azərbaycan ordusu qarşısında aciz duruma düşən düşmən təxribatlara ara vermir.

Sosial şəbəkələrdə Azərbaycan adları altında saxta profillər açaraq dezinformasiyalar yayan ermənilər, azərbaycanlılar arasında təşviş, qorxu yaratmaq məqsədilə yalan məlumatlar tirajlamaq üçün növbəti platforma seçiblər. Düşmən bu dəfə azərbaycanlılara məxsus mail.ru poçt ünvanlarına azərbaycanlı adı ilə saxta ünvanlardan "Birabırçı vəziyyətdir, ermənilər hücuma keçiblər. Çox şəhidimiz və əsirimiz var. Orduda təşvişdir, tərəfimiz yalan məlumatlar yayır. Yazıq uşaqlar..." bu tip dezinformasiyalar yaymağa başlayıblar. Lakin bu o demək deyil ki, düşmənin bu tip dezinformasiyaları yalnız mail.ru vasitəsi ilə həyata keçiriləcək. 

Eyni anda onlarla azərbaycanlılara məxsus aktiv poçt adreslərini tag edərək paylaşmaları bunun düşmənin növbəti təxribatı olduğunu təsdiq edir. Ələlxüsus da tag edilən poçt ünvanların eyni hərflə başlayan şəxslərdən ibarət olması düşmənin bu saxta məlumatı daha sürətli və xeyli sayda insana çatdırmaq məqsədi daşıdığı ortaya çıxır. Ehtimal edilir ki, düşmən artıq bu istiqamətdə də bütün cəhdlərini sınaqdan keçirməyə başlayıb. 
Soydaşlarımızı, vətəndaşlarımızı bu tip mesajlara, dezinformasoiyalara inanmamağa çağırırıq!
(milli.az)

OXŞAR XƏBƏRLƏR

Zəngilan məscidi Venesiya Biennalesində təqdim olundu - FOTO

Uzun illər dağıdılmış vəziyyətdə qaldıqdan sonra bərpa edilən Zəngilan məscidi XIX Venesiya Arxitektura Biennalesində təqdim olunub.   Bu məscidin Az...

İran Xəzər üzrə xüsusi nümayəndə təyin etdi

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi ölkənin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib. ...

Azərbaycanda ilk üç ayda yanğınlarda ölənlərin sayı açıqlandı

2025-ci ilin I rübü (ilk üç ay) ərzində respublika ərazisində 4154 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2024-cü ilin I rübü ilə müqayisədə ...

Qatar heyvan sürüsünü vurdu: ADY məlumat yaydı

Bu gün səhər saatlarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarın qarşısına Zəyəm-Dəllər sahəsində nəzarətsiz buraxılmış xırdabuynuzlu heyvan sürüsü...

Tramp iyunda NATO sammitində iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək yay sammitində iştirak etməyə hazırlaşır.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlər ...

Zakir Həsənov Okay Məmişlə görüşdü

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş ilə görü...