"Fənərbaxça" Samattanın transferini açıqladı

İdman
16:10 / 25.09.2020
3666
"Fənərbaxça" yeni transferini açıqlayıb.
Sfera.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Aston Villa"nın hücumçusu Mbvana Samattanı 1 illik icarəyə götürüb. "Sarı-lacıvərdlilər" 27 yaşlı futbolçunu mövsümün sonunda 6 milyon avroya birdəfəlik transfer edəcək. Bundan əlavə, Türkiyə klubu icarə haqqı üçün 750 min avro ödəyib.
Samattanın illik məvacibi 2 milyon 750 min avro olacaq.
Birmingem təmsilçisi Tanzaniya yığmasının hücumçusunu 2020-ci ilin yanvarında "Genk"dən 10,5 milyon avroya transfer edib.