Ermənistan ordusu bu torpaqlarımızdan çıxır – Erməni KİV

Ermənistan ordusu bu torpaqlarımızdan çıxır – Erməni KİV

Cənubi Qafqazda gərginliyin artması fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri müəyyən fəallıq göstərib və münaqişə tərəfləri ilə danışıqlara başlayıb. Xüsusilə, gizli məlumatlar var ki, artıq İrəvanda ATƏT-in Minsk Qrupunun danışıqlar masası arxasına oturmaq təklifini qəbul ediblər. Ermənistanın münaqişənin "Madrid prinsipləri” üzrə həllinə razılıq verdiyi də bildirilir.

Bu barədə Ermənistanın "Fakt” qəzeti məlumat yayıb.

Qəzetin Ermənistan hökumətindəki mənbəsinin sözlərinə görə, Ermənistan Minsk Qrupunun təklifini qəbul edib:

"Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bu sənədin bəzi məqamları ona aydın deyil və o, izahat üçün vasitəçilərə müraciət edib”.

Xatırladaq ki, 2007-ci ilin noyabr ayında Madriddə Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya nazirləri Ermənistan və Azərbaycanın arasındakı münaqişənin əsas nizamlama prinsiplərinin ilkin variantını, yəni "Madrid prinsipləri” adlı sənədi təqdim ediblər.

"Madrid prinsipləri”nə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayondan və Laçının 13 kəndindən işğalçı ordu çıxarılmalı və bu torpaqlar Azərbaycana geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakılardır:

Ağdam rayonu

Füzuli rayonu

Cəbrayıl rayonu

Zəngilan rayonu

Qubadlı rayonu

Laçın rayonunun 13 kəndi.

axar.az


OXŞAR XƏBƏRLƏR

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...

Astara rayon prokuroru ikinci səlahiyyət müddətinə təyin olunub

Astara rayon prokuroru ikinci səlahiyyət müddətinə təyin olunub.   Sfera.az-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr ...

“Kapital Bank” 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan etdi

Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 1 iyul 2025-ci il tarixinə 12.7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi is...

Səyyad Əlizadənin həyat yoldaşı efirə çıxdı - VİDEO

Mərhum müğənni Səyyad Əlizadənin həyat yoldaşı Kəmalə Əlizadə "Günaydın Azərbaycan" proqramına qatılıb.    Sfera.az xəbər verir ki, o,...

Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

Nazirlər Kabineti “2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” 4 oktyabr 2023-cü il tarixli qərarında...