Azərbaycanda məktəblər 1 ay bağlanır? - AÇIQLAMA

Azərbaycanda məktəblər 1 ay bağlanır? - AÇIQLAMA
 

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də daha 7 şagird koronavirusa yoluxub. 6 işçidə də COVID-19 aşkarlanıb. Ümumilikdə isə bu günə kimi 112 şagirddə koronavirus aşkarlanıb. Yoluxma sayı artarsa, məktəblər yenidən 1 aylıq bağlana bilərmi?

Bununla bağlı  danışan deputat Ceyhun Məmmədov bildirib ki, tədrislə bağlı qərar epidemioloji vəziyyətlə bağlıdır:

"Təhsil Nazirliyi qərar qəbul edərkən bütün bu sahədə çalışan qurumlarla birgə fikir mübadiləsi apardı. Operativ Qərargahla birgə iş görüldü və hazırkı optimal qərar qəbul edildi. Qaldı ki, prosesin necə olması, bəli yoluxma var”.

Deputat qeyd edib ki, məsələ o qədər gərgin və riskli deyil:

"Yəni ölkəmızdə epidemioloji vəziyyət nəzarətdədir. Tədrisin dayandırılıb-dayandırılmayacağı bu prosesin gedişatından asılıdır. Əgər ölkəmizdə virusa yoluxanların sayında artım müşahidə olunarsa, aidiyyətı qurumlar bu məsələyə baxacaqlar”.

Ceyhun Məmmədov vurğulayıb ki, əvvəlki dövrlə müqayisədə ölkəmizdə virusa yoluxanlar sayında ciddi azalma müşahidə olunur:

"Müəyyən dərəcədə də insanlarda arxayınlıq var. Biz anlamalıyıq ki, virus təhlükəsi tam sovuşmayıb. Bu gün də dünyada bu təhlükə var. Çalışmalıyıq ki, bu təhlükədən özümüzü qoruyaq. Müəllimlər, şagirdlər, vətəndaşlar sanitar-gigiyenik qaydalara tam əməl etməlidir. İnsanların bəziləri sosial məsafəni gözləmir, maska taxmır və qoyulan qaydalara əməl etmir. Bir daha biz xahiş edirik ki, valideynlər diqqətli olsunlar. Övladlarının yoluxmaması üçün gərəkən addımları atsınlar. Bəzən valideynlər uşaqların arxasınca gəlir, sıx kontaklar olur. Bundan biz qaçmalıyıq. Niyə yoluxma bəzi məktəblərdə var, bəzilərində yox. Hansı məktəblərdə ki, qaydalara əməl edilirsə, orada yoluxma aşağı olur. Əgər məktəblərdə qoyulan qaydalara əməl edilməsə virusla bağlı vəziyyət gərginləşə bilər. İndidən proqnoz vermək çətindir. Heç bir ciddi narahatçılığa əsas yoxdur. Səlahiyyətli dövlət qurumları prosesi nəzarətdə saxlayır. Baş verənlər təhlil və analiz edilir. Əgər ciddi narahatlıq olarsa, müvafiq qurumlar tərəfindən müvafiq qərar qəbul ediləcək. İnsanlar çalışmalıdır ki, qaydalara əmək etsinlər və bu kimi təhlükələrlə üzləşməyək. Dövlət tərəfindən bütün addımlar atılır”.

Deputat Müşfiq Cəfərov söyləyib ki, məktəblərin bağlanmasına ehtiyac yoxdur, çünki artım dinamikasına görə dünyada bizdən də çox yoluxan ölkələr var:

"Sadəcə olaraq belə halların olması məktəblərdə maksimum məsuliyyəti artırmalıdır. Yəni bu artıma imkan vermək olmaz. Amma məktəb direktorları, regionlardakı təhsil şöbələri, müəllimlər və valideynlər bu işə ciddi yanaşmalıdır. Yoluxmanın olması qaçılmazdır. Çünki çoxlu sayda övladlarımız orta məktəblərdə təhsil alır. Nəzərə almalıyıq ki, bu gün sadəcə ibtidai siniflər məktəbə yollanır. Bakı şəhərində şagirdlər 2, regionlarda isə 3 gün məktəbə gedirlər. Əgər biz planlaşdırırıqsa, yuxarı siniflər də məktəbə getsin, o zaman qaydalara ciddi əmək etməliyik”.

(konkret.az)


OXŞAR XƏBƏRLƏR

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan Türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...