ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib

ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib
 ABŞ hökuməti Rusiyanın dünyada siyasi və iqtisadi təsirlərinin yayılması siyasətində mühüm rol oynayan şəxslərə və təşkilatlara qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Sfera.az xəbər verir ki, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən tətbiq olunan sanksiyaların hədəfində olan Yevgeni Priqojin adlı Kremlə bağlı şəxs ABŞ və s. ölkələrdə siyasi ixtilafları qızışdırmaqla məşğul olan İnternet Tədqiqatlar Agentliyinin rəhbəri və maliyyə təminatçısı olmaqla yanaşı, Rusiya Müdafiə Nazirliyinə bağlı olan, Ukrayna, Suriya, Liviya, Sudan, Mozambik və s. ölkələrdə təhlükəli əməliyyatları idarə edən "Wagner” hərbi şirkətinə də rəhbərlik etdiyi ehtimal olunur.

Bununla yanaşı, Mərkəzi Afrika Respublikasında (MAR) da geniş əlaqələrə malik Y.Priqojinin həmin ölkədə Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinin, Federal Təhlükəsizlik Xidmətinin (FTX) dəstəyi ilə əməliyyatlar apardığı bildirilir. MAR-da onun nəzarət etdiyi iki şirkətin rəhbər işçiləri də sanksiya siyahısına salınıb.

Həmçinin FTX və Rusiya Müdafiə Nazirliyinə sualtı ləvazimat tədarük etdiyi bildirilən "Okeanos” şirkətinin və Finlandiyada yerləşən "Optima Freight”, "GCH Finland”, "Unicum Trade”, "Acex” şirkətlərinin də vəzifəli şəxslərinə dair müvafiq məhdudlaşdırıcı tədbirlər görülüb.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...