“Xərcləyəcəyimiz vəsaitin iki qatını götürəcəyik” – Ekspert gözlənilən müharibənin xərcləri haqda

“Xərcləyəcəyimiz vəsaitin iki qatını götürəcəyik” – Ekspert gözlənilən müharibənin xərcləri haqda

Xüsusilə son günlər Ermənistanla müharibənin başlayacağı haqda fikirlərə həm mediada, həm də sosial şəbəkələrdə tez-tez rast gəlirik.


Maraqlıdır, Azərbaycanın hazırkı pandemiya şəraitində müharibə elan etməsi ölkəyə iqtisadi baxımdan necə təsir edə bilər?


Məsələ ətrafında Sfera.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli indi müharibə üçün uyğun vəziyyətin olmamasını bildirib:


"Azərbaycan həm valyuta ehtiyatı baxımından, həm də iqtisadi potensial cəhətdən Ermənistandan qat-qat üstündür. Ümumdaxili məhsul, insan potensialına görə üstünlüyümüzün nəticəsidir ki, Cənub Qafqaz iqtisadiyyatının 65-70 faizi Azərbaycanın payına düşür.

 

İndiki dönəmdə pandemiya ilə əlaqədar iqtisadiyyatın durma nöqtəsinə gəlməsi, neft qiymətlərinin enməsi ilə əlaqədar valyuta gəlirlərinin kəskin azalması, işsizliyin çoxalması kimi məsələlər müharibə üçün iqtisadi nöqteyi-nəzərdən o qədər də uyğun bir vəziyyət deyil. Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, torpaqların işğaldan azad olunması tək bir iqtisadi kateqoriya ilə ölçülən məsələ deyil”.

 

Ekspert işğal olunmuş torpaqların azad olunmasından sonrakı mərhələni ölkə iqtisadiyyatının daha da canlanması kimi səciyyələndirib:


"Azərbaycan işğal faktını sonlandırmalıdır, torpaqlarımız azad olunmalıdır. Bundan əlavə təbii ki, iqtisadi xərclər olacaq. Valyuta ehtiyatlarımız sərf ediləcək.Amma Qarabağ probleminin Azərbaycanın bütövlüyü çərçivəsində həlli iqtisadi fürsətləri gələcəkdə daha da artırmağa imkan verəcək. Çünki Azərbaycanın bir çox hallarda iqtisadi potensialının açılmasına mane olan əsas faktor işğal faktorudur.

 

Belə ki, böyük bir ərazi işğal altındadır və orda hansısa iqtisadi fəaliyyət göstərmək mümkündür. Eyni zamanda müharibə şəraiti xarici iqtisadi əlaqələrə də, qeyri-neft sektorunun inkişafına da mane olan nüanslardandır. Ona görə də işğal faktrounu sonlandıra bilsək xərclədiyimiz vəsaitin qat-qat artığını iqtisadi fəaliyyətin genişlənməsi hesabına geri qaytara bilərik. Bu baxımdan müharibə aparılması və torpaqların azad edilməsi tək iqtisadi pəncərədən baxılası məsələ deyil”.

 

 

Əzizə

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...