Azərbaycandan ildə 1 milyard manat hara və necə çıxarılır? - Sfera.az araşdırdı

Azərbaycandan ildə 1 milyard manat hara və necə çıxarılır? - Sfera.az araşdırdı

İllərdir ki, mərc oyunları Azərbaycanda valyuta bazarına təzyiq yaradır.

 

Mövzunun aktuallığını nəzərə alaraq Sfera.az Analitik Qrupu bu mövzuda cəmiyyətdə dolaşan 10 sualı cavablandırıb:

 

1. Hər il Azərbaycan vətəndaşları online mərc oyunlarında nə qədər pul uduzur?

 

İl ərzində (2020-ci il hər sahədə olduğu kimi bu sahədə də istisnadır) mərc oyunlarının bütün seqmentləri üzrə dövriyyənin 800 milyon ilə 1 milyard AZN olduğu güman edilir.

 

2. Bu vəsaitin nə qədəri TOPAZ-ın payına düşür?

 

TOPAZ bu dövriyyənin ən yaxşı halda 30-35%-nə nəzarət edə bilir. Təxminən illik 300-330 milyon AZN

 

3. Bu vəsaitin nə qədəri qara bazarın payına düşür?

 

İldə 500-700 milyon AZN-lik dövriyyə illeqal saytların payına düşür. Rəqəmlərdəki dəyişiklik il ərzində böyük futbol turnirlərinin (Avropa vəya Dünya Çempionatı) keçirilməsindən asılı olur.


4. Topaz nə qədər təmiz gəlir əldə edir? Gəlir alqoritmi necə qurulub?

 

TOPAZ-ın gəliri ümumi dövriyyənin təxminən 30%-ni təşkil edir - illik təxminən 90 milyon AZN. Bu məbləğin bir hissəsi vergi və s ödəmələrə gedir, qalan hissə isə xalis mənfəətə çevrilir.

 

5. Qara bazar nə qədər təmiz gəlir əldə edir?

 

Qara bazar 500-700 milyon AZN-lik dövriyyə zamanı 70-100 milyon AZN gəlir əldə edir və təbii ki, burda hansısa vergi ödəməsi nəzərdə tutulmur.


6. TOPAZ niyə qara bazarı leqallaşdıra bilmir?

 

Ədalət naminə demək lazımdır ki, bu sahədə TOPAZIn "günahı"ndan çox ölkənin bu sahədə tətbiq etdiyi əlverişsiz vergi rejimidir. Dövriyyə vergisi, həmçinin oyunçulara tətbiq olunan gəlir vergisi nəticədə qara bazarı inkişaf etdirir.


Eyni zamanda bu sahədə requlyator rolunu oynamalı olan Azəridmanservis son 6 ildə TOPAZ-dan təxminən 100 milyon manat gəlir əldə etsə də öz işinin öhdəsindən gəlmir.

 

7. Qara bazardan offşor banklara uzanan sxem necə qurulub?

 

İlleqal saytlar Kurasao və Kipr kimi yurisdiksiyalarda qeydiyyatdan keçdikdən sonra fəaliyyətlərini "pərdələyərək" MCC (merchant category code) kodlarını dəyişir və online ödəmə zamanı sanki başqa fəaliyyətlə məşğul olurmuş kimi vəsaitlərin birbaşa bu offşor hesablara köçməsinə nail olurlar.

 

8. Azərbaycan bankları necə pulların ölkədən çıxmasına səbəb olur?

 

Banklar bu faəliyyətdən xəbərdardırlar. Sadəcə illik 700 milyon vəsaitin onların üzərindən keçməsindən əldə edilən komissiya onları buna "göz yummağa" vadar edir.


Bunun qarşısının alınması isə çox sadədir. Gün ərzində sadə monitorinq vasitəsi ilə hansı mərc saytının hansı şirkət üzərindən vəsaiti xaricə çıxardığını müəyyənlşdirib həmin "müştəri"yə xidmət göstərməyi dayandırmaqla bu vəsaitin çıxışına mane olmaq olar.

 

9. İldə vətəndaşlarımıza nə qədər ziyan dəyir?

 

İl ərzində vətəndaşa dəyən ziyan Topaz və qara bazarla birlikdə ortalama 180-200 milyon AZN təşkil edir.

 

10. İldə ölkədən nə qədər valyuta çıxır? Nə qədər vergidən yayınma baş verir?

 

500-700 milyon AZN-lik bir dövriyyə zamanı vergi itkisi təxminən 70-80 milyon AZN təşkil edir. İlleqal saytların Azərbaycandan il ərzində çıxardığı valyuta həcmi isə yüz milyonlarla ABŞ dolları həcmindədir.

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...