Azərbaycanlı reper Moskvanın mərkəzində “İnfiniti” ilə ağır qəza törətdi – FOTOLAR

Azərbaycanlı reper Moskvanın mərkəzində “İnfiniti” ilə ağır qəza törətdi – FOTOLAR
Moskvada azərbaycanlı reper Elmin Quliyev idarə etdiyi "İnfiniti” markalı avtomobillə ağır qəza törədib.
Sfera.az" xəbər verir ki, hadisə bu gün sentyabrın 21-də Ostojenka keçəsində, 47 nömrəli binanın yanında baş verib. İşıqforun qırmızı işığında keçən və yüksək sürətlə hərəkət edən "İnfiniti” "Mercedes” markalı avtomobillə toqquşub, bu zaman səki ilə gedən piyadaları da vurub kənara atıb. Nəticədə üç nəfər yaralanıb, onlardan iki qadının vəziyyəti ağırdır. Reperin avtomobili qəza zamanı divara dəyərək dayanıb.

Hadisədən bir neçə dəqiqə sonra "İnfiniti”nin sürücüsü və qəzanın səbəbkarı məlum olub-26 yaşlı azərbaycanlı reper Elmin Quliyevdir. O, dərhal günahını etiraf edib.

-Mən yanıb-sönən yaşıl işıqda keçirdim, gözlənilmədən qırmızı yandı,-Elmin polis əməkdaşlarına deyib.

O, hadisə yerində alkaqol və narkotik analizi verib. Amma qanı təmiz çıxıb. Lakin Elminin avtomobili yüksək sürətlə sürmək həvəskarı olduğu aydınlaşıb.

-Mən saatda 60 kilometrdən çox sürətlə getmirdim,-o polis əməkdaşlarına deyib. Amma "İnfiniti”nin qəza anında sürətini texniki ekspertiza müəyyən edəcək. Nəticələr isə 2-3 həftəyə bəlli olacaq.

Avtomobil idmanı üzrə beynəlxalq dərəcəli idman ustası tatyana Yeliseyeva isə "Komsomolskaya Pravda”ya  deyib ki, "İnfiniti”nin aldığı zədələr onun divara saatda azı 60 kilometr sürətlə dəydiyini göstərir. Üstəlik bundan əvvəl sürətin 30 kilometr saatını "Mercedes” udub. Yəni "İnfiniti” saatda azı 90 kilometr sürətlə hərəkət edib. Həmin ərazidə isə sürət həddi saatda 40 kilometrdir.

-Qəzanın günahkarı bu cür yüksək sürətlə təcili tormozlaya bilməzdi. O, cəhd edim, amma uğursuz olub. "Mercedes”in sürücüsünə gəldiksə isə o, ümumiyyətlə qırmızı işıqda keçən "İnfiniti”ni vaxtında görə bilməzdi,-ekspert deyib.
qazet.az
 


OXŞAR XƏBƏRLƏR

WSJ: Amazon anbarlarında insanlardan çox robot olacaq

Texnologiya nəhəngi “Amazon”un anbarlarında istifadə olunan robotların sayı tezliklə orada işləyən insanların sayını keçə bilər.   Sfera....

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...