Təcrübəli və peşəkar ovçu “Qırmızı kitab”a düşən quşlara güllə atmaz – İmişlidən reportaj VİDEO

Təcrübəli və peşəkar ovçu “Qırmızı kitab”a düşən quşlara güllə atmaz – İmişlidən reportaj VİDEO
 Sentyabrın 1-dən ölkə ərazisində ov mövsümü açıq elan edilib. Ötən müddətdə hazırlıqlarını görən təcrübəli ovçular ov ediləcək yerləri seçib, silahları sazlayıb, qayıqları hazır vəziyyətə gətiriblər.

AZƏRTAC xəbər verir ki, ov ediləcək məkanlardan biri də Sarısu gölüdür. Burada ov edə bilmək üçün əlverişli şərait mövcuddur.

Sarısu gölünə ova gələn İmişlidən olan təcrübəli ovçu Zaur İsmayılovla söhbət edirik. O, ova gəlməmişdən qabaq hazırlıq prosesinin önəmindən danışaraq deyib: "Ova getmədən öncə silaha baxış keçirilməlidir. Silah tam hazır olduqda hansı quşu hansı patronla vuracağını bilməlisən. Yəni, hansı quşu ovlayacaqsansa, ona uyğun patron seçməlidir. Vacib şərtlərdən biri də, hansı quşlara güllə atmaq barədə ovçunun məlumatlı olmasıdır. Onu da deyim ki, quşa 15-20 metr məsafədən güllə atılması məsləhət deyil. Çünki güllə 25 metrdən sonra yayılır və həmin vurulan ov parçalanmır”.

Ov edərkən zaman seçimi də düzgün olmaldır. Bu baxımdan ən əlverişli vaxt dan yeri sökülməmiş və ya gün batan çağıdır. Həmçinin hava şəraiti də nəzərə alınmalıdır. Küləkli havada məsafə elə seçilməldir ki, atışa mane olmasın. Ov zamanı görmə məsafəsinin məhdud olduğu vaxt daha diqqətli olmaq lazımdır. Əks halda ovçunün özü elə ov ola bilər.

"Biz ova adətən səhərlər gəlirik, çünki bu vaxt quş ovçuların gəldiyini bilmir. Səhər açılana kimi yerimizi müəyyənləşdiririk, yalançı ördəkləri düzürük. "Qırmızı kitab”a düşmüş quşlardan olan anqut, qu quşu, qızıl quşu ovlamaq olmaz. Qaşqaldaq, yaşılbaş, gəray, almabaş – bunların ovlanmasına icazə var. İlk dəfə ova gələnlərə məsləhətim odur ki, təcrübəli ovçularla şikara çıxsınlar. Çünki təcrübəli və peşəkar ovçu "Qırmızı kitab”a düşən quşlara güllə atmaz”, - deyə Zaur İsmayılov bildirib.

Həmsöhbətimiz ov üçün əsas şərtlərdən birinin də təhlükəsizlik qaydalarına riayət etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, ölkə ərazisində ov fəaliyyəti ilə yalnız xüsusi icazəsi olan şəxslər məşğul ola bilər. Ovçular bunun üçün "ASAN xidmət” mərkəzlərinə, yaxud Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regionlarda fəaliyyət göstərən müvafiq şöbələrinə müraciət etməlidirlər. Ov mövsümü növbəti ilin fevral ayının sonuna qədər davam edəcək.


OXŞAR XƏBƏRLƏR

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...