Aysel Şükürova boşandığına peşman olub: “Üzr istəmək keçir içimdən...” - VİDEO

Aysel Şükürova boşandığına peşman olub: “Üzr istəmək keçir içimdən...” - VİDEO
 Bir müddətdir Bakı Lift İdarəsinin sabiq  direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovdan boşanıb.
 

Sfera.az xəbər verir ki, son günlər  A.Şükürün paylaşdığı video və fotolarda kefsiz olması izləyicilərinin diqqətini çəkib.

O, "Instagram" səhifəsində videopaylaşım edərək darıxdığını bildirib: 

"Səninlə bağlı ağlımdakıları təsadüfi bir anda xatırlamaqdan qorxar olmuşam artıq. Öyrəşdim dediyim bir vaxtda sənin ağlıma gəlməyin hələ də mənə yaxşı təsir etmir desəm tam yeridir. Səhv başa düşmə, səndən nifrət etmərəm əsla, amma səni hələ də sevməyim məni məhv edir. İndilik sadəcə zamanın mənə yaxşı gəlməsini istəyirəm, biraz zamana hətta çoxca zamana ehtiyacım var. 

Sənin üçün darıxmamağa çalışıram, lakin olmur. Bacarmıram. Və bəzən üzünə baxıb səndən səni sevdiyim üçün üzr istəmək keçir içimdən. Amma "eybi yox” deyərsən deyə əl çəkirəm bu düşüncəmdən. Kimsəsi olmayan, hara gedəcəyini bilməyən bir insan kimi öz yerimdə fırlanıram. Amma yenə də hərşeyə rəğmən canın sağ olsun”. 

Xatırladaq ki, A.Şükür və Oqtay 400 minlik toy xəbəri ilə gündəmə gəlmişdi. Bu, Ayselin ikinci nikahıdır. Onun ilk evlilikdən bir, Oqtayla nikahdan isə əkiz oğulları var. Cütlüyün münasibətlərinə son qoymasına səbəb xəyanət olub.

Həmin görüntüləri təqdim edirik:



OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...