İrəvanın planı ifşa oldu: Türk ordusu Qarabağa girməlidir! - VİDEO

İrəvanın planı ifşa oldu: Türk ordusu Qarabağa girməlidir! - VİDEO
 

Türkiyə ölkə daxilində, Suriyada, İraqda PKK terrorçularına qarşı apardığı antiterror əməliyyatlarını işğal altındakı Dağlıq Qarabağda da aparmalıdır. Çünki Ermənistan bu gün PKK terrorçularını işğal olunmuş Dağlıq Qarabağa yerləşdirərək təşkilatın yenidən öz gücünü bərpa edib Türkiyəyə qarşı aktivləşməsini istəyir.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli son günlər Ermənistanın PKK terrorçularını işğal olunmuş Dağlıq Qarabağa yerləşdirməsi haqda yayılan xəbərləri şərh edərkən deyib.

O qeyd edib ki, Ermənistanın PKK terrorçularını işğal olunmuş Dağlıq Qarabağa yerləşdirməsi yeni xəbər deyil:

"Ermənistan regionda yalnız işğalçılıq siyasəti aparmır, eyni zamanda terrorizmə dəstək göstərir. Əslində, Ermənistan və PKK terror təşkilatını bir-birinə bağlayan tarixi proses var. Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətrafında 1921-də Kürdüstan qəzası qurulması təşəbbüsü vardı. Kürdüstan Uyezdi adı ilə bilinən bu qəzanın 1923-də Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi S.Kirovun təklifi əsasında qurulması istənilirdi. Qaraqışlaq, Kəlbəcər, Qubadlı, Qoturlu, Kürdhacı və Muradxanlı olmaqla, 6 nahiyədən ibarət olacaq qəzanın mərkəzi olaraq isə Laçın seçilmişdi.

Birinci Qarabağ müharibəsi zamanı Türkiyədən, İraqdan, Suriyadan Ermənistana dəstək üçün gələn PKK terrorçuları yenə bu istəklə Dağlıq Qarabağdadır. Yəni Ermənistanın bu gün zəifləyən PKK terror təşkilatını işğal altındakı torpaqlara yerləşdirməsi təəccüb doğurmamalıdır”.

Politoloqun sözlərinə görə, bu gün Ermənistanın PKK-ya, PKK-nın da Ermənistana ehtiyacı var:

"Türkiyə PKK terror təşkilatına qarşı apardığı əməliyyatlarla onu ciddi itkilərə məruz qoyub. PKK-nın Suriya və İraqda zəifləməsinin ardından öz gücünü bərpa etməsi üçün daha təhlükəsiz və Türkiyədən uzaq bir yerə ehtiyacı var. PKK-nın bu ehtiyacı isə Ermənistan üçün göydəndüşmə bir fürsət deməkdir. Çünki Ermənistan ağır demoqrafik probleminə yekun bir həll tapa bilmir. Ermənistandan heç kim Dağlıq Qarabağda yerləşmək istəmir. Çünki Ermənistan vətəndaşları Dağlıq Qarabağ ətrafında hər an müharibənin başlanması ehtimalını dərk edir və həyatlarını riskə atmaq istəmirlər. Bu mənada Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlarda yaşanan demoqrafik problemi aradan qaldırmaq üçün PKK terrorçularını kütləvi şəkildə bu ərazilərə köçürür”.

Politoloq bildirib ki Ermənistan PKK terrorçularından həm Türkiyə, həm də Azərbaycana qarşı istifadə etmək istəyir:

"Bu gün Ermənistanın nə Azərbaycan, nə də Türkiyə ilə açıq mübarizə edəcək cəsarəti var. Bu mənada rəsmi İrəvan Yaxın Şərqdə Türkiyənin keçirdiyi antiterror əməliyyatları nəticəsində pərən-pərən düşən PKK terrorçularından istifadə edir. İrəvan bu yolla həm ordusundakı canlı qüvvə əskikliyini aradan qaldırır, həm də Türkiyənin başını ağrıdan bu təşkilatın yenidən öz gücünü bərpa etməsinə çalışır.

PKK-nın Dağlıq Qarabağda yenidən dirilməsi, gücünü bərpa etməsi həm Azərbaycan, həm də Türkiyə üçün ciddi problem ola bilər. Bu mənada Türkiyənin Azərbaycanla birlikdə Dağlıq Qarabağda həm erməni ordusuna, həm də PKK terror təşkilatına qarşı hərbi əməliyyat keçirməsi zəruridir”.


(axar.az)

OXŞAR XƏBƏRLƏR

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...