Bakıda ərlə arvad bir-birini bıçaqladı

Bakıda ərlə arvad bir-birini bıçaqladı

Bakının Xəzər rayonunda ər-arvad arasında mübahisə bıçaqlanma ilə nəticələnib. 

Sfera.az teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Zirə qəsəbəsində baş verib. 

Qəsəbə sakini, 1978-ci il təvəllüdlü R. S. və onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü həyat yoldaşı V. S. arasında ailə münaqişəsi zəminində baş verən mübahisə qanlı olayla nəticələnib. 

Hadisədən əvvəl R. S. arvadını ona xəyanət etməkdə günahlandırıb. Bu zaman qadın da ərinə eyni cavabı verib. O, ərinə bildirib ki, başqa qadınlarla könül əyləncəsi keçirirsən. Kişi də arvadını başqa kişi ilə intim əlaqədə olmaqda suçlayıb. 

Bu zaman ər-arvad arasında mübahisə daha da şiddətlənib. Hər iki şəxs kəsici alətə əl atmalı olub. R. S. ülgüclə həyat yoldaşına xəsarət yetirib. Qadın da dinc dayanmayıb və mətbəxdən götürdüyü bıçaqla ərinə zərbə vurub. 

Hər iki şəxs xəstəxanada tibbi yardım alıb və sonra Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR