ABŞ-da yeni tədris ili

ABŞ-da yeni tədris ili
 Dərslər dekabr ayına qədər onlayn formada keçiriləcək Merilend ştatında dərslər avqust ayının sonunda başlayıb.
 
Sfera.az xəbər verir ki, ancaq dərslər evdən onlayn rejimdə qoşulmaqla keçirilir. "Mən uşaqların məktəbdə dərslərə qatılmağının tərəfdarıyam. Çünki onlar müəllimləri ilə üz-üzə olub, sual verə bilərlər sinif yoldaşları ilə dostluq edə bilirlər.
 
Tənəffüs zamanı birlikdə oynayırlar və bu onlar üçün daha maraqlıdır. Evdə isə həmişə kompüter qarşısında olurlar və bu onlar üçün darıxdırıcı olur. Həftədə 5 dəfə günümüz səhər saat 8 də səhər yeməyi ilə başlayır. Sonra saat 9 da hər kəs kompüterinin qarşısına keçir və onlayn dərslər başlayır. Günorta 1 saat fasilə olur bir az dincəlib yenə saat 2 və ya 3 ə qədər onlayn dərslərə davam edirlər. Məktəblərdə dərslərin nə vaxt başlayacağı tarixi hələ bilmirik. Dekabr ayına qədər hələ belə davam edəcək. Dərslər başlamazdan əvvəl evdən onlayn qoşulmaq üçün hər bir uşağa kompüter verilib. Hətta əlavə kompüter də verilib hər ehtimala qarşı. Kitablar göndərilib. Dəftər qələm verilib. Bir çox şeyləri isə özümüz almışıq. Burada onlar üçün musiqi dərsi otağı da yaratmışam. Arzu edən ailələr hər gün məktəbdən uşaqları üçün pulsuz verilən səhər yeməyi, nahar və şam yeməyini götürə bilərlər. Bizə hər üç uşaq üçün həftədə 5 dəfə ayrıca yemək verilir. Kiçik qızıma görə iş qrafikimi axşam növbəsinə dəyişmək məcburiyyətində qalmışam. Çünki o hələ balaca olduğu üçün kompüterdən istifadə edə bilmir və mən bütün dərs vaxtı onun yanında oluram. Müəllim nə qədər başa salsa da, ekranın bu tərəfində mən kömək etməli və başa salmalı oluram", - deyə valideyn Gülçöhrə Fazilova bildirib.(REAL TV)
 


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...