"Şaxtyor"un hücumçusu Super Liqa klubunda

İdman
16:35 / 17.09.2020
2068
Türkiyənin "Sivasspor" klubu Ukrayna təmsilçisi "Şaxtyor"un hücumçusu Olarenvaju Kayodeni icarəyə götürüb.
Sfera.az xəbər verir ki, nigeriyalı hücumçu 2020/21 mövsümünü Super Liqa klubunda keçirəcək.
"Şaxtyor" 27 yaşlı hücumçunu 2018-ci ildə "Mançester Siti"dən 3 milyon avroya transfer edib. Donetsk təmsilçisi futbolçunu ötən mövsüm "Qaziantep"ə icarəyə vermişdiş