Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb
 Türkiyədə son sutka ərzində koronavirusdan 63 nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlamasında bildirib.

Nazir qeyd  edib ki, son 24 saatda  112 645  şübhəli koronavirus testindən keçib, onlardan 1771-nin  cavabı pozitiv çıxıb.

F.Qoca ağır xəstə sayının artmasından narahatlığını ifadə edib. Bu gün ağır xəstənin   1351 nəfər olduğunu, 1342   xəstənin isə sağalaraq evə buraxıldığını deyib. 

Türkiyədə ümumilikdə 296 391  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 262 602 nəfər sağalıb, 7249  nəfər ölüb.

Nazir Türkiyədə "Həyat Evə Sığar” (HES) mobil proqramının telefonlara kütləvi yüklənməməsindən narazılığını ifadə edib. Buna baxmayaraq, F.Qoca bildirib ki, COVİD-19-a yoluxub özünü təcrid etməyən 140 min nəfərin HES-kodu vasitəsilə xəstəliyi yayma təhlükəsinin qarşısı alınıb.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...