İrina Dubsovanın Homeldəki konsertində biabırçılıq - VİDEO

İrina Dubsovanın Homeldəki konsertində biabırçılıq - VİDEO

 

Məşhur müğənni İrina Dubsovanın konserti Homeldə rüsvayçılıqla başa çatıb. Bir neçə kompozisiya ifa edən müğənni, zalda əyləşən tamaşaçılar ilə dialoq qurmağa başlayıb, bundan sonra bəzi tamaşaçılar zalı tərk etməyə üstünlük veriblər. 

Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, pərəstişkarlar İrinanın səhnəyə sərxoş vəziyyətdə çıxdığını hesab edirlər və onun monoloquna qulaq asmaq istəməyiblər. Zalda əyləşən kişilərdən biri ona yaxınlaşıb kobud ifadələr işlətdikdən sonra Dubsova səhnəni tərk edib. 

Daha sonra müğənninin İnstagram səhifəsində nümayəndələri tərəfindən vəziyyətə aydınlıq gətirməyə çalışdıqları məlumat yerləşdirilib. Onların sözlərinə görə, İrina sadəcə mövsüm allergiyasına görə özünü pis hiss edib. 

"İrina Dubsova bir neçə ildir ki, mövsüm alergiyasından əziyyət çəkir, bununla bağlı vəziyyətinin kəskinləşməsi nəticəsində bronxospazmlar meydana çıxır, bu isə nəfəs və danışıq funksiyasının pozulmasına, ağır öskürək tutmasına gətirib çıxarır. Məhz bu səbəbdən də müğənni Homeldəki konsertini keçirə bilməyib. Belarusda erkən çiçəkləmə dövrü gözlənilməz olub. Adətən çiçəkləmə dövründə İrina ölkəni tərk edir”, - məlumatda deyilir.

Müğənninin anası da bu məlumatı təsdiqləyib. O həmçinin bu ayın sonunda İrinanın oğlu ilə bərabər Rusiaydan getməyə hazırlaşdığını da deyib. Bu tədbirləri müğənni hər il çiçəkləmə dövründə həyata keçirir.

Konsertin ləğv edilməsinin rəsmi səbəbi kimi, müğənninin ağcaqayın çiçəkləməsinə olan allergiyası göstərilib.



OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...