Məşhur serialdan siyasi mesajlar - Fotolar

Məşhur serialdan siyasi mesajlar - Fotolar

Türkiyənin ən çox izlənilən seriallarından biri olan "Kiralık Aşk” yay serialı olaraq ekranlara gəlsə də, maraqla qarşılaşdığı üçün payız və qış mövsümünə də damğasını vurub.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, romantik komediya janrındakı serial sadəcə oyuncuları, ssenarisi ilə yox, həm də gündəmdə baş verən hadisələrə biganə yanaşmaması ilə də diqqət çəkib.

Sözügedən serialdan siyasi və sosial hadisələrə münasibət bildirilən bəzi səhnələr:

Sabiq Türkiyə Böyük Millət Məclisinin sədri Bülent Arınçın qadın deputata "Bir qadın olaraq sus” deməsi çox qınanmışdı. Bu hərəkətə serialda Dəfnə xarakterinin dilindən "Bir kişi olaraq sən sus!” ifadəsilə cavab verilib.

10 oktyabrda Ankarada baş verən terror hadisəsinə də film təşkilatçıları biganə yanaşmayıb. Bir səhnədə arxada göstərilən plakatda "Nə çox darıxmışıq göy üzünə qansız baxmağa” şüarı yazılıb. Bu sözlər həmin partlayışda həyatını itirən gənclərin əllərində tutduğu plakatda yazılan şüarla eyniydi.

İstiqlal Caddəsində baş verən terrordan sonra məşhur milyarder Ali Ağaoğlu "millət kasıbdır, qərənfil qoyurdu, mən qızılgüllər apardım” ifadəsi xalqda ikrah hissi oyatmışdı. Bu dəfə də serialdan cavab gecikməyib və var-dövlətə maraqlı biri kimi bilinən Koray Sarqın obrazıyla məsələyə münasibət bildirilib. Korayın ssenaridəki sözləri:

"Yasəməndən imtina etdim, qərənfil istəyirəm. Qərənfilə kasıb çiçəyi deyirlər, ancaq o təmizliyin, saflığın çiçəyidir”.

Sabiq Ailə və sosial siyasətlər naziri Ayşen Gürcan çıxışlarının birində "Əgər müsəlman qadın börək bişirməyi bilmirsə, o ailə dağılmağa məhkumdur” deyərək yenə qınaq obyektinə çevrilmişdi. Serialın Nihal karakteri isə "Mən hazıram, yuvam dağılmasın deyə börəyimi də bişirdim” replikası ilə cavab verib.

Həmin obraz son seriyada da telefon dələduzlarına qarşı xalqa xəbərdarlıq edib, aldanmamağa çağırıb.

Qeyd edək ki, türk seriallarında bu kimi hallar tez-tez yaşanır. Ancaq siyasi proseslərə münasibət bildirdiyi üçün "Behzat Ç.” və "Leyla ile Mecnun” serialları təzyiqlərə məruz qalıb.

Günel Hacı

Məşhur serialdan siyasi mesajlar - Fotolar


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...