Bakıda şəhidlərimiz torpağa tapşırıldılar – YENİLƏNİB

Bakıda şəhidlərimiz torpağa tapşırıldılar – YENİLƏNİB

 

Bakıda şəhid pilotlar mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevin dəfn mərasimi başa çatıb.

Oxu.Az xəbər verir ki, Vətən uğrunda gedən döyüşlərdə canından keçmiş igidlər II Şəhidlər xiyabanında torpağa tapşırılıblar.

12:20

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlar - mayorlar Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi davam edir.

Oxu.Az xəbər verir ki, mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıkov, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

 

 
 
 
 
 
 

10:37

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan pilotlar - mayorlar Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi başlayıb.

Oxu.Az-ın məlumatına görə, şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri vida mərasimi keçirilən Təlim Tədris Mərkəzinə toplaşırlar.

Mərasimin rəsmi hissəsi saat 12.00-da başlanacaq.

Məlumata əsasən, vida mərasimindən sonra şəhid olmuş pilotlarımız II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı- FOTO

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, “28 Mall” ti...

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqq...

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən AÇIQLAMA

12:30   Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bild...

Əhaliyə MÜRACİƏT - Bu məlumatları PAYLAŞMAYIN

Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi

Azərbaycana biznes qurmaq məqsədi ilə gələn Pakistan vətəndaşı həbs edilib.   Sfera.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Pakistan vətəndaşı əvvəl...

Bakıda restoranın qarşısında KÜTLƏVİ DAVA: Xəsarət alanlar və həbs olunan var

Bakının Xətai rayonunda restoranlardan birinin qarşısında dava olub.   Sfera.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə General Ş...