Koronavirus peyvəndi Azərbaycana bu tarixdə gətiriləcək - AÇIQLAMA

Koronavirus peyvəndi Azərbaycana bu tarixdə gətiriləcək - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizə fonunda peyvəndin ölkəmizə gətirilməsilə bağlı bəzi şirkətlərlə danışıqlar aparıldığı barədə fikir səsləndirib. Dövlət başçısı qeyd edib ki, biz hazırda postpandemiya dövrünə hazırlaşırıq:


"Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik...”

 

Maraqlıdır, peyvəndin ölkəmizə gətirilməsi ilə bağlı işlər hansı mərhələdədir və bu nə vaxta gözlənilir?


Sfera.az-ın bu və digər suallarına cavab verən Milli Məclisin deputatı Musa Quliyev bunları deyib:

 

"Bu barədə tam dəqiqliklə məlumatım yoxdur. Amma hesab edirəm ki, peyvəndin Azərbaycana gətirilməsi və onun ölkəmizdə geniş tətbiqinə başlanması bu ilin sonundan tez olmayacaq. Payızda - oktyabr, noyabr aylarında özümüzü qorumalı və peyvəndə güvənməli deyilik”.


Mövzu ilə bağlı Operativ Qərargahın mətbuat xidmətilə əlaqə saxlamaq cəhdlərimiz isə alınmadı. Belə ki, gün ərzində dəfələrlə əlaqə saxlamağa cəhd etsək də zənglərimiz cavabsız qaldı.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

WSJ: Amazon anbarlarında insanlardan çox robot olacaq

Texnologiya nəhəngi “Amazon”un anbarlarında istifadə olunan robotların sayı tezliklə orada işləyən insanların sayını keçə bilər.   Sfera....

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...