Aygün Kazımova ağır xəstəliyə tutulub

Aygün Kazımova ağır xəstəliyə tutulub
Xalq artisti Aygün Kazımova ağır xəstəliyə tutulub.
Sfera.az xəbər verir ki, bu barədə müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov Qafqazinfo-ya açıqlamasında bildirib.
Belə ki, xalq artistinin ölkədən çıxışına qadağa qoyulduğu halda Aygün Kazımova sosial şəbəkədəki hesabından Türkiyəyə getməsi ilə bağlı paylaşdığı foto müzakirələrə səbəb olub.
"Gedirəm, amma ürəyimi vətəndə qoyuram. Vətən mənim özümdür, onsuz heç nəyəm”-, deyə müğənni instaqram hesabında yazıb.
N. Həbibinin vəkili Fərid Həsənov qeyd edib ki, dekabr ayından etibarən xalq artistinin sözügedən qadağası ləğv edilib:
"Dekabr ayında Aygün Kazımovanın vəkili Ədliyyə Nazirliyinin İcra şöbəsinə müraciət edib. Quruma xalq artistinin ağır xəstə olması barədə sənəd təqdim edilib. Müğənninin müalicəsinin ölkədə daxilində mümkün olmadığı bildirilib. Çox ağır xəstəliyə tutulub, ona görə də təcili xaricə getməlidir. İcra haqqında qanuna görə, şöbənin belə bir səlahiyyəti var ki, onun qadağası ləğv edilsin.
Biz də dedik ki, ehtiyac varsa, getsin. Sağlamlıq hər şeydən önəmlidir. İcrada sənətçinin ağır xəstəliyi barədə arayış var, ekspertlər yoxlayıb, Aygün Kazımovanın xəstə olması sübuta yetirilib. Xəstləyinin adını isə açıqlaya bilmərəm”.
Qeyd edək ki, Bir müddət əvvəl xalq artisti Aygün Kazımova ilə müğənni Natavan Həbibi arasında məhkəmə davası olmuşdu.
Natavan Həbibinin vəkili Fərid Həsənov açıqlamasında Bakı Apellyasiya Məhkəməsində xalq artisti Aygün Kazımovanın apellyasiya şikayətinə baxıldığını söyləmişdi.
Vəkilin sözlərinə görə, artıq iş üzrə məhkəmə prosesləri başa çatdığı üçün Aygün Kazımovanın ölkədən çıxışı rəsmən qadağan edilib.

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...